"Qalatasaray" Arda ilə müqaviləni uzatdı

“Qalatasaray”la müqaviləsi başa çatan Arda Turan klubla yeni müqavilə bağlayıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 1 illikdir. Onun əvvəlki müqaviləsi ötən ayın sonunda bitmişdi.

Qeyd edək ki, Arda 2020-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Bu klubun yetirməsi olan futbolçu 2005-2011-ci illər aralığında da komandada oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right