Podolski Polşa klubuna keçdi

Almaniya milli komandasının sabiq futbolçusu Lukas Podolskinin yeni klubu müəyyənləşib.
 

Newsport.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını Polşa çempionatında davam etdirəcək. Təcrübəli forvard bu ölkənin “Qurnik Zabje” klubu ilə anlaşıb. Bu barədə Polşa təmsilçisinin rəsmi saytı açıqlama verib. Podolski yeni klubu ilə bir illik mqavilə imzalayıb.

 

Podolski karyerası ərzində "Köln", "Bavariya", "Arsenal", "İnter", "Qalatasaray", "Vissel Kobe" və "Antalyaspor" klublarında oynayıb. Almaniya milli komandasında 130 oyun keçirən hücumçu 2014-cü ildə dünya çempionu olub.

 

Qeyd edək ki, Podolski futbolçu karyerasına məhz “Qurnik Zabje” klubunda başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right