"Fənərbaxça" yeni transferi ilə müqavilə imzaladı

"Fənərbaxça" ingiltərəli oyunçu Stiven Kokeri rəsmən heyətinə qatıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Son komandası "Alanyaspor" olan 29 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Koker karyerası ərzində “Liverpul”, “Tottenhem”, “Kardiff Siti” kimi klublarda çıxış edib. O, İngiltərə yığmasında 1 oyun keçirib. Koker 2019-2021-ci illərdə "Alanyaspor"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right