Rıdvan Dilmen: "Sergen Yalçın "Beşiktaş"dan ayrılır"

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın klubdan ayrılmağa yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur futbol şərhçisi Rıdvan Dilmen özünün "Tvitter" səhifəsində paylaşım edib. O, 48 yaşlı mütəxəssisin İstanbul təmsilçisindən ayrılmaq fikrində olduğunu bildirib:

"Xəbər saytlarını oxuyanda şok keçirdim. Sergen Yalçının "Beşiktaş"ın bütün təkliflərinə baxmayaraq, yorulduğu, işləməyi düşünmədiyi yazılırdı. Tez məşqçimizə - qardaşıma zəng vurdum. Həftədə bir neçə dəfə onunla danışırdım. Müddət artdıqca o, daha çox məyus olurdu. Bir az əvvəl danışanda bu barədə yaza bilərsən dedi. "Kimisə incitməyi, rəhbərliyi və azarkeşləri məyus etməyi əsla istəmərəm. Amma artıq geriyə yol yoxdur. Artıq işləməyəcəyəm" - deyə bildirdi.

Mən yenə də "Beşiktaş" rəhbərliyinin Sergen Yalçınla onu çox sevən azarkeşlərini bir araya gətirəcəyini bütün səmimiyyətimlə arzu edirəm. Bir "Fənərbaxça" azarkeşi olsam da, "Beşiktaş"la Sergen Yalçının ayrılığı məni çox məyus etdi. Ancaq bir böyük kimi israrla verdiyim tövsiyələrə baxmayaraq, onun qərarında qəti olduğunu hiss etdim. Ümid edirəm ki, yanılaram".

Qeyd edək ki, "Beşiktaş" Sergen Yalçının rəhbərliyi altında Superliqada 2020/21 mövsümünü qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right