Burak Yılmaz: "Ölkəmizi layiqincə təmsil etmədik"

Türkiyə millisinin kapitanı Burak Yılmaz ötən gün Bakıda Avro-2020-nin üçüncü turunda İsveçrəyə uduzduqları maçt (1:3) haqqında danışıb.

Newsprot.az xəbər verir ki, 35 yaşlı hücumçu Türkiyə mətbuatına açıqlamasında deyib: "Belə olmamalı idi. Bu cür oynamamalı idik. Hamıdan üzr istəyirik. Ölkəmizi layiqincə təmsil etmədik. Çox kədərləndik".

Qeyd edək ki, Türkiyə qrup sonuncusu kimi və xal qazanmadan yarışda mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right