Son olaraq "Yuventus"u çalışdıran Maurisio Sarrinin yeni iş yeri müəyyənləşib.
İtaliyalı mütəxəssis bundan sonra "Latsio"nun baş məşqçisi olacaq. O, bu postda "İnter"ə yollanan Simone İnzaqini əvəzləyib.
Roma təmsilçisi 62 yaşlı mütəxəssislə 2 illik razılığa gəlib. Sarrinin illik maaşı 3,5 milyon avro olacaq.