Terimin müqaviləsinin müddəti başa çatdı

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin klubu ilə müqaviləsi bu gün başa çatıb.

Newsport.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. 67 yaşlı mütəxəssisin İstanbul təmsilçisindəki gələcəyi iyunun 19-u keçiriləcək prezident seçkilərdən sonra bilinəcək.

Hazırkı prezident Mustafa Cengiz türk çalışdırıcı ilə yollarına davam etməyəcəyini açıqlayıb. Digər namizədlərdən Metin Öztürk və Burak Elmas isə Terimlə əməkdaşlığa davam edəcəklərini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right