"Yenidən bu formanı geyinmək qürurvericidir. Hamının xəyalı böyük turnirlərdə ölkəni layiqincə təmsil etməkdir".
Newsport.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Abdülkadir Ömür Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunundan sonra deyib.
Yarımmüdafiəçi qardaş ölkə ilə gözəl oyun keçirdiklərini söyləyib: "Meydanda həm Azərbaycan, həm də türkcə danışırdıq. Əsl dostluq oyunu oldu.
Yaxşı komandamız var. Ümid edirəm ki, Avropa çempionatına uğurlu start verib davamını gətirərik"