Türkiyənin “Sivasspor” klubu hücumçusu Maks Qradellə müqavilənin müddətini artırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşməyə əsasən, Fil Dişi Sahilindən olan vinger 20204-cü ilin yayına qədər Sivas təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Maks 2020-ci ildən “Sivasspor”da çıxış edir. O, geridə qalan mövsümdə bütün turnirlər çərçivəsində meydana çıxdığı 48 oyunda 12 qola imza atıb. 33 yaşlı futbolçu daha öncə “Lester Siti”, “Bornmut, “Lids”, “Sent-Etyen”, “Tuluza” kimi komandalarda da forma geyinib.