Türkiyə klubu Balotelli ilə danışıq aparır

Türkiyə Super Liqasına vəsiqə qazanan “Adana Dəmirspor” klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, Adana təmsilçisi İtaliyanın “Montsa” klubunda çıxış edən Mario Balotellini heyətinə qatmaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Adana Dəmirspor”un Balotelli ilə danışıqlar apardığı bildirilir.

Balotellinin “Montsa” ilə müqaviləsi iyunun sonuna qədərdir.

Türkiyə 1-ci liqasında çempion olan “Adana Dəmirspor” yeni mövsümdə Super Liqada iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right