"Fənərbaxça" futbolçusu Ozan Tufanla bağlı qərarını verib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 26 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəyir. "Sarı-lacivərtlilər" Ozanı yalnız yüksək məbləğdə pul təklif edildiyi halda satmağı düşünür. Klubun prezidenti Ali Koç bu məsələ ilə bağlı deyib: "Ozan Tufanı satmırıq. Onun transfer dəyəri 20 milyon avrodur. Kim bu pulu versə, onu alar".
Qeyd edək ki, Ozan Tufan bu mövsüm Superliqada 37 matçda 6 qol vurub və 10 qolun ötürməsini verib.