“Qalatasaray”ın futbolçusu Arda Turan baş məşqçi Fatih Terimlə bağlı paylaşım edib.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi öz “İnstaqram” hesabında 67 yaşlı mütəxəssislə birlikdə fotosunu izləyiciləri ilə bölüşüb. O, paylaşımını belə şərh edib: “Sevəndə belə baxarsan”.
Fatih Terimin İstanbul təmsilçisi ilə müqaviləsi mayın 31-də başa çatacaq. O, Superliqanın 2020/21 mövsümünün başa çatmasından sonra futbolçularla vidalaşıb. Terimin yeni müqavilə imzalayıb-imzalamayacağı isə klubun iyun ayında keçiriləcək prezident seçkilərindən sonra məlum olacaq.
Qeyd edək ki, “Qalatasaray” bu mövsüm Superliqadada “Beşiktaş”la eyni xal – 84 xal toplasa da, toplar nisbətində rəqibindən 1 top geridə olduğu üçün çempionluğa yiyələnə bilməyib.
