"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun klubdan ayrılacağı haqda xəbərlər yenidən gündəmə gəlib.
Newsport.az-ın məlumatına görə, bu dəfə sosial şəbəkələrdə 36 yaşlı hücumçu ilə bağlı paylaşılan video onun İtaliyadan gedəcəyi barədə məlumatların yayılmasına səbəb olub. Videoda Ronaldonun 7 lüks avtomobilinin Turindəki qarajından çıxarıldığı və yükdaşıma şirkəti vasitəsi ilə başqa bir yerə aparıldığı görünür. Bu isə portuqaliyalı oyunçunun klubunu dəyişəcəyinə və ölkəni tərk edəcəyinə əsas verir.