“Qalatasaray” azarkeşi oyun izləyərkən infarktdan öldü

Türkiyə Superliqasının son turunda “Yeni Malatyaspor”la matç zamanı “Qalatasaray”ın azarkeşlərindən biri vəfat edib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evində dostları ilə birlikdə televiziyadan oyunu  izləyən Muharrem Günay adlı fanatın qəflətən halı pisləşib.

Dərhal təcili tibbi yardım çağırılıb. Həkimlər onun infarkt keçirdiyini bildirib. 35 yaşlı azarkeş xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, “Qalatasaray” 3:1 hesablı qələbə qazansa da, eyni xala malik (84) və yalnız top fərqində daha üstün olan "Beşiktaş" Türkiyə çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right