"Real" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Zinəddin Zidanın əvəzləyicisini tapıb.
Newsport.az xəbər verir ki, bu barədə məşhur italyan jurnalist Fabrisio Romano Tvitter hesabında məlumat yayıb. Onun sözlərinə görə, Madrid klubun hazırda işsiz olan Massimiliano Allqeri ilə danışıqlara başlayıb:
"Üç il əvvəl "Real"ın prezidenti Peres Alleqriyə dəvət göndərmişdi. Ancaq o, "Yuventus"da qalmağı üstün tutaraq bu təklifi rədd etdi. İndi Alleqri "Real"da işləməyə hazırdır. Artıq onunla danışıqlar başlayıb. Alleqri özü də bu təklifə razıdır".
Qeyd edək ki, 2014-2019-cu illərdə "Yuventus"u çalışdıran Alleqri 2 ildir işsizdir.