“İnter”in futbolçuları prezidentin 2 aylıq maaşdan imtina ilə bağlı müraciətini mənfi cavablandırıb.
Newsport.az saytının məlumatına görə, “neradzurra” rəhbəri Stefen Zanq oyunçuların 2021/22 mövsümündə iki aylıq əməkhaqqısını kluba verməsini istəsə də, rədd cavabı alıb.
A seriyasını çempion kimi tamamlayan milanlılar prezidentin bu istəyini geri çevirib. Futbolçularla yanaşı, məşqçilər və menecerlər də eyni qərarı verib. Çox güman ki, onlar iki ayın maaşını 2022/23 mövsümündə qaytarmaqla təxirə salma təklifindən də imtina edəcəklər.
Qeyd edək ki, Stefen Zanq koronavirusla bağlı yaranmış maliyyə problemindən yalnız bu yolla qurtula biləcəklərini açıqlayıb.