Burak Yılmaz mövsümün oyunçusu adına namizəd oldu

"Lill"in və Türkiyə millisinin futbolçusu Burak Yılmaz Liqa-1 də mövsüm futbolçusu seçilə bilər.

Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu "Kanal+"un təşkil etdiyi səsvermədə namizəd olaraq yer alıb.  Yılmazın rəqibləri arasında PSJ-dən Neymar və Kilian Mbappe, "Lion"dan Memfis Depay və "Monako"dan Uissam ben Yedder var.

Burak cari mövsüm Liqa 1-də 26 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.

Qeyd edək ki, Burak Yılmaz ötən ildən "Lill"də çıxış edir. O, 2006-cı ildən Türkiyə millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right