İtaliyanın “Kalyari” klubunun futbolçusu Qaston Pereyroda koronavirus aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan uruqvaylı yarımmüdafiəçi A Seriyasının 33-cü turunun “Roma” ilə matçını buraxacaq.
Bu gün keçiriləcək “Kalyari” – “Roma” matçı saat 20:00-da start götürəcək.