“Yuventus” yay transfer pəncərəsi üçün əsas transfer hədəfini müəyyənləşdirib.
Newsport.az “Calciomercato”ya istinadən xəbər verir ki, Turin təmsilçisi “Sassuolo”dan Manuel Lokatellini almaq istəyir. 33 yaşlı yarımmüdafiəçi ilə “Mançester Siti” və “Arsenal” da maraqlanır. Onun “Sassuolo” ilə müqaviləsi isə 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Lokatelli 2018-ci ildən “Sassuolo”da oynayır. O, bu mövsüm A seriyasında 28 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.