"Onlar qayıtdılar, yenidən birlikdəyik" Çeferin

UEFA-nın prezidenti Aleksander Çeferin İngiltərə klublarının Superliqa layihəsindən geri çəkilmələrini şərh edib.

Newsport.az xəbər verir ki, o, BBC-yə açıqlamasında ingilis klublarının böyük təsiredici qüvvəyə malik olduğunu bildirib: “Onlar qayıtdılar. Bu klublar təkcə bizim turnirlərə deyil, bütün Avropa futboluna çox şey təklif edəcək gücdədir. Əsas odur ki, davam edirik. Yenidən birlikdəyik və birgə irəliləyirik”.


Xatırladaq ki, 12 nəhəng klub - "Çelsi", "Arsenal", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Real", "Atletiko", "Barselona", "Yuventus", "Milan", "İnter" və "Tottenhem" bir neçə gün əvvəl Avropa Superliqasını yaratdıqlarını elan etmişdilər. Artıq İngiltərə klublarının hamısı turnirdən imtina etdiyi açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right