Avropa Super Liqasının fəaliyyəti rəsmən dayandırıldı

Bir neçə gün öncə yaradılan Avropa Superliqası layihəsi yenidən nəzərdən keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi təşkilata istinadən bildirib. Belə qərar verilməsinə səbəb İngiltərənin 6 klubunun yarışdan çıxmasıdır. Məlumatda qeyd olunub:

“Mövcud şərtləri nəzərə alaraq layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirməliyik. İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, biz təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik”.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" Superliqadan çıxdıqlarını elan ediblər. “Sky Sport”un məlumatına görə isə tezliklə "Milan" və "İnter" də turniri tərk edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right