“Ayaks” Superliqa qərarını açıqladı

“Ayaks” Avropa Superliqasına qatılıb-qatılmayacağı ilə bağlı qərarını verib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin rəhbəri Edvin van der Sar danışıb. O, Niderland təmsilçisinin sözügedən turnirdə iştirak etməyəcəyini bildirib:

“Ayaks” klubu olaraq Avropa Superliqası layihəsinə təəccübləndik və məyus olduq. UEFA tərəfindən təqdim olunan yeni formatı dəstəkləyirik. Çempionlar Liqsında yolumuza davam etmək istəyirik. Həftəsonu bəzi nəhəng klubların verdiyi ani qərarlara görə məyus olduq. Ona görə də qeyri-müəyyən bir dövrdə Avropa futbolu təhdid altındadır”.

Qeyd edək ki, Avropa Superliqasını yaradan klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right