UEFA-da 2 vacib iclas

UEFA-da bu gün və sabah iki vacib iclas keçiriləcək.

Newsport.az xəbər verir ki, bu gün İcraiyyə Komitəsi  Çempionlar Liqasının yeni formatının müzakirəsi üçün toplanacaq. Turnirlə bağlı qəbul olunan qərarlar 2024-cü ildən qüvvəyə minəcək.

Sabahkı iclasda isə İcraiyyə Komitəsinə üzv olan 8 nümayəndənin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar səsvermə keçiriləcək. Namizəd ölkələr arasında İngiltərə, Niderland, İsveç, Almaniya, Polşa, Rusiya, Belçika, Türkiyə və İtaliya var. 9 namizəddən 8-i qurumun üzvü olan 55 ölkədən ən az 28-nin səsini toplamalıdır. Türkiyə təmsilçisi Servet Yardımcı da namizədlər arasındadır.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right