Ronaldonu Poqba ilə dəyişmək istəyirlər

“Mançester Yunayted” “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu heyətinə qatmaqda israrlıdır.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Turin təmsilçisinə 36 yaşlı hücumçunun qarşılığında Pol Poqbanı verməyi təklif edib.
 
Qarşı tərəfin də bu keçidə müsbət yanaşdığı bildirilir. “Yuventus” Kriştiano Ronaldoya yüksək məbləğdə maaş ödədiyi üçün ondan qurtulmaq istəyir.

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə də “Mançester Yunayted”də oynayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah