PSJ “Bavariya”ya, “Çelsi” “Portu”ya qarşı Yenilənir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq.
 
Newsport.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki görüş baş tutacaq.
 
Almaniya çempionu “Bavariya”nı səfərdə 3:2 hesabıyla məğlub edən PSJ, Fransada baş tutacaq cavab matçında üstünlüyünü qorumağa çalışacaq.
 
Günün digər matçı “Çelsi” ilə “Portu” arasında baş tutacaq. London təmsilçisi səfərdə inamlı qələbə qazandığına görə, növbəti mərhələyə daha yaxın görünür.
 
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
13 aprel
 
23:00 PSJ (Fransa) - “Bavariya” (Almaniya)
Paris. “Park de Prens”  stadionu. Baş hakim – Daniele Orsato İtaliya)
(ilk oyun 3:2)

 

23:00 “Çelsi” (İngiltərə) - “Portu” (Portuqaliya)
Sevilya. “Ramon Sanmes Pisxuan” stadionu. Baş hakim – Kleman Tyurpen (Fransa)
(ilk oyun 2:0)

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah