Türkiyə 1-ci liqasında 29-cu turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu turda səfərdə "Altay"la qarşlaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda 35 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.