Kökçü koronavirusa yoluxdu

Türkiyə millisinin və "Feyenoord"un futbolçusu Orkun Can Kökçü koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, bu barədə 20 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, bildirib: "Təəsüf ki, koronovirus testimin cavabları müsbət çıxdı. Ən qısa zamanda meydanlara qayıdacağıma ümid edirəm".

Bununla da Türkiyə millisinin tərkibində koronavirusa yoluxanların sayı 16-ya çatıb. Onlardan 13-ü futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür. Yığmada daha əvvəl yoluxan 12 oyunçu arasında İrfan Can Kahveci, Nazım Sangare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman,Dorukhan Toköz, Taylan Antalyalı, Yusuf Yazıcı və Çağlar Söyüncü var.

Qeyd edək ki, Orkun Kökçü Azərbaycanın U-21 millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right