Pirlo mövsümün qalan hissəsi üçün hədəflərindən danışdı

"Yuventus"un baş məşqçisi Andrea Pirlo komandasının mövsümün qalan hissəsi üçün hədəflərindən danışıb.

Newsport.az "Football İtalia"ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis deyib:

"Məqsəd bütün qarşılaşmaları qazanmaq və sonra həm əvvəldən, həm də sonradan nə baş verdiyini görməkdir. Bütün qəzəbimizi kənara qoymalıyıq. Çünki qalib gəlmək üçün böyük bir istəyimiz var. Məqsədimiz sabah "Torino" ilə görüşdə qalib gəlmək və sonra növbəti oyunu düşünməkdir".

Daha əvvəl Turin təmsilçisi rəhbərliyinin "Torino" və "Napoli" ilə matçlardan sonra Pirlonun klubdakı gələcəyinə qərar verəcəyi bildirilib.

Qeyd edək ki, "Yuventus" hazırda A seriyasının turnir cədvəlində 55 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right