"Yuventus"un futbolçuları koronavirus protokolunu pozdular

"Yuventus" futbolçuları Ueston MakKenni, Paulo Dibala və Artur Melonanı cəzalandıra bilər.

Newsport.az "La Stampa"ya istinadən xəbər verir ki, buna səbəb onların koronavirus pratokoluna zidd hərəkət etməsidir. MakKenni İtaliya saatı ilə 23:30-da komendant saatı tətbiq edildiyi vaxtda 20 nəfərlik bir qonaqlıq təşkil edib. Həmin tədbirdə komandanın digər futbolçularından Paulo Dibala və Artur da dəvət olunub. İtaliya polisi isə məlumatı aldıqdan sonra MakKenninin evinə gedib. Futbolçuların belə qayda pozuntusuna görə cəzalandırılacağı qeyd olunub. Həmçinin bildirilib ki, "Yuventus" da oyunçuları cərimələyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right