"Maradona İtaliyanı, Messi İspaniyanı, Aquero İngiltərəni fəth edib"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə futbolçusu Serxio Aqueronu tərifləyib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis 32 yaşlı hücumçunun İngiltərəni fath etdiyini deyib:

"Maradona İtaliyanı, Messi İspaniyanı və Aquero isə İngiltərəni fəth edib. Onların çıxışı statistikada özünü göstərir. Sənin içində alov yananda Serxio kimi tez-tez  qalib gəlirsən. Aquero inanılmaz bir insandır. Onunla kuboklar qazanmaq və qollarından zövq almaq üçün daha bir ay yarım var".

Qeyd edək ki, Serxio Aquero mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right