Avroliqada 1/8 finala yekun vurulur Yenilənir

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
 
Newsport.az xəbər verir ki, cavab görüşlərindən sonra 1/4 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.
 
İngiltərə təmsilçilərindən “Tottenhem” ilk oyunda 2 cavabsız qolla məğlub etdiyi Zaqreb "Dinamo"sunun qonağı olacaq. “Arsenal” isə Londonda “Olimpiakos”u sınağa çəkəcək. “Topçular” ilk oyunda 3:1 hesabı ilə üstün olub.
 
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada gerçəkləşəcək. “Milan” İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi "Mançester Yunayted"lə üz-üzə gələcək.
 
Avropa Liqası
1/8 finalın cavab oyunları
18 mart
 
21:55. Molde (Norveç) - Qranada (İspaniya)
İlk oyun - 0:2
 
21:55. Dinamo (Zaqreb, Xorvatiya) - Tottenhem (İngiltərə)
İlk oyun - 0:2
 
21:55. Arsenal (İngiltərə) - Olimpiakos (Yunanıstan)
İlk oyun - 3:1
 
21:55. Şaxtyor (Donetsk, Ukrayna) - Roma (İtaliya)
İlk oyun - 0:3.
 
00:00. Reyncers (Şotlandiya) - Slaviya (Praqa, Çexiya)
İlk oyun - 1:1
 
00:00. Milan (İtaliya) - Mançester Yunayted (İngiltərə)
İlk oyun - 1:1
 
00:00. Vilyarreal (İspaniya) - Dinamo (Kiyev, Ukrayna)
İlk oyun - 2:0
 
00:00. Yanq Boyz (İsveçrə) - Ayaks (Niderland)
İlk oyun - 0:3




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right