"Trabzonspor"da 10 nəfər koronavirusa yoluxdu

Türkiyənin "Trabzonspor" klubunda koronavirusa yoluxanların sayı 10-a çatıb.

Newsport.az "DHA"-ya istinadən xəbər verir ki, Qara dəniz təmsilçisinin daha bir əməkdaşında testin nəticəsi müsbət çıxıb.

Beləlikdə, bölgə klubunda 7 futbolçu və 3 işçi koronavirusa yoluxub.

Qeyd edək ki, "Trabzonspor" bu gün Türkiyə Super Liqasının XXV turunda "Başakşehir"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right