"Yuventus"un müdafiəçisi iki həftə oynamayacaq

Çempionlar Liqasının 1/8 finalında Portuqaliyada "Portu" ilə ilk matçda zədələnən "Yuventus"un futbolçusu Corco Kyellininin durumuna aydınlıq gəlib.

Newsport.az "Il Bianconero" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçinin iki həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

35-ci dəqiqədə təcrübəli oyunçunun yerinə meydana Merih Demiral daxil olub.

Qeyd edək ki, "Yuventus" rəqibinə 1:2 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu martın 9-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right