"Napoli" Qattuzo ilə bağlı yekun qərarını açıqladı

"Napoli" baş məşqçisi Cennaro Qattuzo ilə bağlı yekun qərarını verib.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Kristiano Cuntoli bildirib. O, 43 yaşlı  mütəxəssisi bu mövsümün sonuna kimi istefaya göndərmək fikirlərinin olmadığını deyib:

“Hamımız məşqçimizi dəstəkləməyə davam edəcəyik. Bu layihəyə inanırıq və bütün yarışlarda mübarizə aparırıq. Müvafiq qərarlar mövsüm başa çatdıqdan sonra veriləcək".

Qeyd edək ki, "Napoli" dünən İtaliya kubokunun yarımfinalında "Atalanta"ya 1:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Komanda A seriyasında isə 37 xalla 6-cıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right