Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 
 
Bundan sonra komandanı Hikmət Karaman çalışdıracaq. 61 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
 
Karaman son olaraq “Yeni Malatyaspor”u çalışdırıb.
 
Cari mövsümdə Türkiyə Super Liqasında keçirdiyi 22 turdan sonra 18 xal toplayan “Ankaragücü” turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right