Konte “Yuventus”un prezidentini təhqir etdi

“Yuventus”un prezidenti Andrea Anyelli ilə “İnter”in baş məşqçisi Antonio Konte arasında qalmaqal yaşanıb.

Newsport.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, hadisə dünən İtaliya kubokunun təkrar yarımfinal oyununda (0:0) baş verib. Dünənki görüşün fasiləsi zamanı məşqçi Anyellinin oturduğu tribunaya tərəf orta barmağını göstərib. Bu jest birbaşa “Yuventus”un prezidentinə ünvanlanıb.

Oyundan sonra isə Anyellinin də Konteni təhqir etdiyi iddia olunub.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən (0:0, 1:2) “Yuventus” finala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right