İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyunda “Napoli” doğma meydanda “Speziya” ilə qarşılaşıb.
4:2 hesabı ilə qalib gələn meydan sahibləri sonuncu yarımfinalçı olub. Beləliklə, yarımfinalda “Atalanta” “Napoli” ilə, “İnter” isə “Yuventus”la qarşılaşacaq.