“Milan”da İbrahimoviç sevinci

“Milan”ın zədəli futbolçusu Zlatan İbrahimoviç sağalıb.
 
Newsport.az xəbər verir ki, 39 yaşlı hücumçu “qırmızı-qaralar”ın son məşqində komanda ilə birlikdə çalışıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Zlatan yeni sağaldığı üçün “Milan”ın A Seriyasının 17-ci turu çərçivəsində “Torino” ilə qarşılaşacağı oyunda iştirak etməyəcək. Görüş bu gün saat 23:45-də start götürəcək.
 
İbrahimoviç “Milan”la sonuncu dəfə ötən il noyabrın 22-də oyuna çıxıb. İsveçli hücumçu bu mövsüm A Seriyasında 6 matçda 10 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right