“Milan” Çalhanoğlu ilə müqaviləni uzadır

“Milan” futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, bu barədə “Calcio Mercato” nəşri məlumat yayıb. İtaliya klubunun 26 yaşlı yarımmüdafiəçi ilə bu həftə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Türkiyə millisinin üzvü ilə hazırkı sözləşmənin müddəti isə 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 17 matça çıxaraq, 5 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right