"Fənərbaxça"nın futbolçusu Enner Valensiya koronavirusa yoluxub.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçunun şərəfini qoruduğu Ekvador millisinin düşərgəsində keçdiyi koronavirus testi müsbət çıxıb.
Qeyd edək ki, E.Valensiya bu mövsüm 8 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.