“İnter”in futbolçusu Romelu Lukaku zədəsini tam sağaldıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Milan klubunun baş məşqçisi Antonio Konte bildirib. O, Çempionlar Liqasının 2-ci turunda “Şaxtyor”la matçda (0:0) xəsarət alan 27 yaşlı hücumçunun artıq komanda ilə məşqlərdə iştirak etdiyini deyib:
“Lukaku komandanın son məşqlərində iştirak edib. O, “Atalanta” ilə matçda meydanda ola bilər”.
Əlavə edək ki, bu gün keçiriləcək “Atalanta” – “İnter” görüşü Bakı vaxtı ilə 18:00-da start götürəcək.