Qurbanovlu "Samtrediya" qələbə qazandı

Gürcüstan çempionatında XV turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” doğma meydanda “Merani”yə qalib gəlib – 2:0.

Nicat da bu görüşün iştirakçısı olub. Mövsümdə 4 qola imza atan Qurbanov bu oyunun 46-cı dəqiqəsində meydana buraxılsa da, fərqlənə bilməyib.

15 turdan sonra hesabında 19 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right