"Old Trafford"da 14 il sonra

İngiltərə Premyer Liqasının 7-ci turunda “Mançester Yunayted” üzərində qələbə (1:0) “Arsenal” üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, Pyer-Emerik Obameyanqın 69-cu dəqiqədə penaltidən vurduğu qolla qalib gələn “topçular”  14 il sonra “Mançester Yunayted”i səfərdə üstələməyi bacarıb. 
 
Komanda son dəfə 2006-cı ilin sentyabrında “qırmızı şeytanlar”ı “Old Trafford”da məğlub etmişdi. Buna qədər isə 13 matçın 8-də “MY” qalib gəlib, 5-də isə heç-heçə olub.
 
Qeyd edək ki, “Arsenal” hazırda turnir cədvəlində 12 xalla 9-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 7 xalla 15-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right