"Qarabağ"ın rəqibi Tanzaniyadan futbolçu transfer etdi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan İsrailin "Makkabi" klubu heyətini yeni oyunçu ilə gücləndirib. 

Newsport.az-ın məlumatına görə, Tel-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatus Disması transfer edib.

Gənc oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Novatus Dismas Tanzaniyanın U-21 yığmasının üzvüdü.

"Makkabi" qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right