“Barselona”nın hücumçusu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.
Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu “Mançester Siti”nin əsas hədəfidir. Çempionlar Liqasında “Lion”a məğlub olaraq (1:3) mübarizəni dayandıran “şəhərlilər” Messinin keçidi üçün hər şey etməyə hazırdır. “Barselona”nın hücumçunun təzminat məbləğində endirim edəcəyinə ümidlənən ingilislərin lazım olan məbləği ödəyə biləcəyi deyilir.
Messinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesabı ilə məğlub olduqları oyundan sonra “Barselona”dan ayrılmaq istədiyi bildirilir. Onun Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Messinin adı İtaliyanın “İnter” klubu ilə də yanaşı çəkilir.