"Partizan"dan ayrılan serbiyalı qapıçı Nemanya Stevanoviç karyerasını Azərbaycanda davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, ona həm də Türkiyə və Kipr klublarından da ciddi təklif gəlib.
28 yaşlı qolkiperin tezliklə bu 3 ölkədən birinə yollanacağı xəbərdə vurğulanıb. Stevanoviç 2016-cı ildən Serbiya klubunda çıxış edib. O, ötən mövsüm "ağ-qaralar"ın heyətində 5 oyun keçirib.