"Messi həmişə burada qalacaq" Kike Setyen

"Barselona"nın baş məşqçisi Kike Setyen Lionel Messinin gələcək karyerası barədə danışıb. Newsport.az xəbər verir ki, o, argentinalının komandadan ayrılacağı iddialarına aydınlıq gətirib:

“Messi “Barselona”nı tərk etməyəcək. Xeyr, bu olmayacaq. O, həmişə burada olacaq. Leo 20 ildir “Barselona”da oynayır və heç kimlə problemi yoxdur”.

Bir müddət öncə mətbuat 32 yaşlı ulduz futbolçunun komandadan ayrılmaq istədiyini yazırdı. Hətta oyunçunun karyerasını “İnter”də davam etdirəcəyi yönündə söz-söhbətlər var idi.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin iyununa qədər qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right