Dibalada 4-cü dəfə koronavirus tapıldı

"Yuventus”un futbolçusu Paulo Dibalada növbəti dəfə koronavirus aşkarlanıb.

Newsport.az “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun testi 6 həftə ərzində 4-cü dəfə müsbət çıxıb.

O, məşq zamanı nəfəs darlığı hiss etdiyini və buna görə də testdən keçdiyini bildirib. Argentinalı hücumçu öskürək, halsızlıq və digər narahatlığının olmadığını da deyib.

Qeyd edək ki, daha əvvəl Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right