"Qarabağ"ın sabiq üzvü İngiltərə Premyer Liqasına yollanır?

"Bornmut"un qolkiperi Asmir Beqoviçin transfer edə bilməyən "Aston Villa" və "Vest Hem" klubları qapıçı axtarışındadır.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçilərinə bu dəfə başqa bosniyalı qapıçı təklif edilib. Türkiyə I Liqa təmsilçisi "Ərzurumspor"da çıxış edən İbrahim Şehiç hər iki klubun maraq dairəsindədir. Məlumata görə, klublar təklif ünvanlamağa hazırlaşır.

Mövsümün sonunda müqaviləsi başa çatacaq 31 yaşlı qapıçını 1,5-2 milyon funt-sterlinqə transfer etmək mümkün olacaq.

"Bornmut"un baş məşqçisi Eddi Hou Asmir Beqoviçin çempionatda qalmaq uğrunda mübarizə apardıqları rəqiblərinə verilməsini istəməyib. Bu səbəbdən də 32 yaşlı qolkiperin gələcək taleyi qeyri-müəyyəndir.

Beqoviç mövsümün ilk yarısını "Qarabağ"da oynayıb. Şehiç isə 2013-2018-ci illərdə Ağdam klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right