"Roma"dan Cengiz Ünder qərarı

İtaliyanın "Roma" klubu yarımmüdafiəçisi Cengiz Ünderlə müqaviləni uzatmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu 22 yaşlı futbolçu ilə 3 illik yeni müqavilə imzalamağa qərar verib. İllik maaşı 1 milyon avro olan futbolçunun məvacibində də artım olacaq.

"Roma" Türkiyə millisinin üzvünü 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right